ŞABRANLI ŞƏHİD LEYTENANT MURAD RƏSULOV

Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət

simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də Şabran sakini leytenant Rəsulov Murad İlqar oğludur. 2000-ci ildə dünyaya göz açan Muradın elə uşaqlıqdan hərb sənətinə böyük marağı olub. Bu səbəbdən də orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmaq qərarına gəlir. Beləliklə o arzusuna çataraq, 2017-ci ildə bu məktəbə kursant kimi qəbul olunur.27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayan zaman o hələ təhsilini tam başa vurmamışdı. Ancaq buna baxmayaraq döyüşlərə qatılan Murad Rəsulov, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlının düşmən tapdağından azad olunmasında qəhrəmanlıqla döyüşür. Vətən müharibəsində göstərdiyi sücaətinə görə, o, Qubadlının azad olunmasına və İgidliyə görə medalları ilə təltif edilib. Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, şəhidin xatirəsini əbədiləşdirmək məqsədi ilə təhsil aldığı məktəbin siniflərindən biri onun adına verilib.

{youtube}x-jFWoqTPEk{/youtube}