ŞABRANDA YANĞIN YENİDƏN AKTİVLƏŞİB
Baxış sayı: 554
Şabranda yanğının yüksək dağlıq ərazidə baş verməsi eləcə də güclü külək alovun söndürülməsini çətinləşdirib. Gilavar kəndinin yanğında mühafizə olunması məqsədi ilə xüsusi tədbirlər həyata keçirilib. Kəndin ətrafına Mülki Müdafiə Qoşunlarının növbətçi briqadaları yerləşdirilib.
Bölgədə yanğınla mübarizə tədbirlərinə FHN-nin canlı qüvvələri, yanğınsöndürən texnikalar, bir Amfibiya tipli təyyarə və iki helikopter cəlb edilib.
Bundan əlavə kənd sakinləri də yanğını söndürməyə çalışırlar.
FHN-nin nazirinin müavini Etibar Mirzəyev açıqlamasında bildirib ki, yanğının qarşısını almağa çalışırıq. Hava küləkli olduğuna görə bir az işlər çətinləşib.
Gün ərazində Qubanın Zərqova, Vəlvələ və Çiçi kəndləri yaxınlığındakı dağlıq meşə massivində də yanğınla mübarizə tədbiləri davam etdirilib. FHN ilə yanaşı ETSN-nin, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri yanğınsöndürmə əməliyyatlarında iştirak ediblər. Alovun yaşayış məntəqələrinə keçməsinin qarşısı alınıb.