ŞABRANDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq

olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.iyulun 23-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şabran şəhər Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

Qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Görüşdə əsasən qəbul imtahanlarının nəticələri, ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, rezidenturaya qəbul, qabiliyyət imtahanları və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər olunub.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Məleykə Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.