ŞABRANDA 18-Cİ ƏSRƏ AİD TARİXİ TİKİLİ YANIB
Baxış sayı: 575
Şabran rayonunun Dağbilici kəndində Tarixi 18-ci əsrlərə qədər uzanan Ağasıyevlərin mülkini zamana tabe olub illər yıxmasa da qəfil başlayan yanğın fəlakəti ondan yan ötüşmədi. Özü ilə birgə neçə nəsillər yola salmış xatirələr divarını söküb yıxdı. Amma tək yandırıb yıxdığı qədim daş divarlar olmadı. Yanan mülklə bərabər illərlə toplayıb yığdığı qiymətli folklor nümunələri və qiymətli incəsənət nümunələri də oldu
Töhfə Hüseynova da Bayram Ağasıyev kimi yanğın dəhşətini yaşamış Dağbilici kəmdidinin sakinidir. Töhfə Hüseynova deyir ki, yanğın anında bir istəyi oldu, az yaşlı nəvələrinə heç nə olmasın.
Şabran rayonun Zöhramı kəndinin sakinləri Dağbilicinin ardıyca isti və sürətli əsən küləyin yanğının onların kəndlərinə necə döndərdiyini danışaraq vurğuladılar ki, FHN-nin yanğınlara operativ müdaixiləsi göstərdikləri səylər nəticəsində yanğının qarşısını alınıb. Bir neçə texnika və kiçik tikililər zərər görsə də böyük dağıntılar baş verməyib
Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Fariz Məlikov və İcr4a Hakimiyyətinin Dağbilici kəndinin icra nümayəndəsi Xosrov Cavadov kəndlərdəki yanğınla bağlı fövqəladı hallar komissiyasının yaradəıldığını və vətəndaşlara dəymiş ziyanlara baxılır
İndi Şabranda yanğınların qarşısı alınsa da hər kəs Töhfə ana kimi səksəkədə qəfil başlaya biləcək, küləyə görə istiqamıtini dəyişə biləcək yanğılara qarşı hər an hazır ola bilmək mövqeyindədir. Amma insanlara nə var ki, ən azından dərdini, qorxusunu anlada bilir. Bir də bu yanğlında dil açıb danışa bilməyən zərərçəkmişlər var. Ayağı, qolu, beli yanmış, ya da tamamən yanıb kül olmuş heyvanlar, bir də yenidən canlana bilmə istəyi ilə budaqlarının küskün-küskün aşağı sallamış ağaclar. Onları yenidən canlandırmaq isə öz əlimizdədi. Doğaya sayqı insana sayqıdı. İnsanlıq isə Planetimizi, ağciyərlərimiz olan meşələrimizi qoru deyir.