ABŞ-ın Texas ştatı sakinləri zarafat edirlər ki, artıq Piza şəhərinə getməyə ehtiyac yoxdur, çünki onların şəhərində yeni aşan bina peyda olub.
“Dallas Evening” xəbər verir ki, şəhərdə köhnə binanı yerlə-yeksan edəcək partlayış uğursuz baş tutub.Nəticədə binanın bir hissəsi əyri formada qalaraq aşmayıb.Bina dağılacağı istiqamətdə əyildiyi üçün heç bir təhlükənin olmadığı bildirilir.Hazırda partlayışı həyata keçirən şirkət binanı mexaniki üsul ilə aşırtmaq niyyətindədir.Lakin şəhər sakinləri bunun əleyhinədir.Onlar mütəmadi olaraq bura gəlib binaya tamaşa edir və onun fonunda şəkil çəkdirirlər. Sakinlərdən bəziləri yeni yaranmış turizm möcüzəsini qorumaq üçün hətta petitisiya hazırlayır.Lakin binanın yerləşdiyi yer bahalı layihə üçün nəzərdə tutulub və “möcüzə” yaxın günlərdə məhv ediləcək.