ÜÇRƏNGLİ BAYRAĞIMIZ GÜNEY AZƏRBAYCANDA
Baxış sayı: 489
İranda Milli hökumətin yaradılmasını tələb edən aksiyalar davam edir. Ancaq nədənsə son günlər həm Təbrizdə, həm də Güney Azərbaycanın müxtəlif şəhərlərində tez – tez Azərbaycan bayrağı dalğalandırılır. Xatırladaq ki, Təbrizdə Şuşanın erməni işğalından azad edilməsinin ikinci ildönümü və Zəfər Günü ilə əlaqədar Azərbaycan bayrağı şəhər ərazisində avtomobillərin intensiv hərəkət etdiyi yolun üzərində yerləşən yerüstü piyada keçiddən asılmışdı. Bu barədə sosial şəbəkələrdə bilgilər də yayılmışdı.İndi isə Təbrizdə ucalan Səttarxanın heykəlinin pastamentinə Azərbaycan bayrağı asılıb. Bu barədə Azad İran telegram kanalı foto paylaşıb. Ümumiyyətlə üçrəngli bayrağımızın Güney Azərbaycanda dalğalandırılması nəyə işarədir ? Bu addımların atılması ölkəmizə düşmən olanların dəyirmanına su tökmürmü ? Qeyd edək ki, Güney Azərbaycanın Heydərabad şəhərində də üçrəngli bayrağımız dalğalanmışdı. Habelə bu günlərdə Təbrizin Saat meydanında Güney Azəbaycanın Milli Mücadilə bayrağı asılıb.