ÜÇ ÖLKƏNİN PARLAMENTİ BƏYANNAMƏ İMZALADI
Baxış sayı: 553
İstanbulda keçirilən Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin II üçtərəfli görüşünün sonunda İstanbul bəyyannaməsi imzalanıb. İmzalama mərasimindən sonra parlament sədrlərinin mətbuata bəyanatı səsləndirilib. Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf bəyannaməni ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova qardaş ölkəyə dəvətə, göstərdiyi qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, 1 il əvvəl Azərbaycan Milli Məclisinin təşəbbüsü ilə Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin I üçtərəfli görüşü keçirilib. Həmin görüşdə parlamentlər arasında üçtərəfli əməkdaşlıq formatı təsis edilib. Bu format böyük əhəmiyyətə malikdir. II üçtərəfli görüş çərçivəsində bu formatın daha da gücləndirilməsi, üç ölkənin parlamenti arasında praktiki əməkdaşlıq platformasına çevrilməsi imkanları nəzərdən keçirilib. Gələcək inkişaf perespektivləri müzakirə edilib.