Üzüm tənəyindən axan damcıların faydası

 Yaz vaxtı üzüm tənəklərinin budanılması mövsümi aqrotexniki tədbirdir. Adətən budanmış budaqların içindan və kəsik yerlərdən damcılar axır. Mütəxəssilərin verdiyi məlumata görə, həmin damcıların tərkibində olan vitamin, mineral və fermentlərdən müxtəlif məqsədlərlə istifadə edilir: “Üzüm tənəyi kəsildikdən sonra axan damcıları bir qaba toplanılaraq soyuducuda saxlanır və toplanılmış sudan yarım stəkan səhər acqarına içilməsi böyrək və öd daşlarını əridir. Hər gün həmin suyun 30-40 qramı ilə saç diblərini isladılması saçların gurlaşmasına, qaşınma və kəpəklənmənin aradan qalxmasına, saç tökülmənin dayanmasına səbəb olur.

2 xörək qaşığı təzə üzüm yarpaqları və ya zoğları toplanaraq 1 stəkan suda 20 dəqiqə dəmlənilərək süzülür, gündə bir dəfə saçlar yaxalanır”.

Mütəxəssilərin fikrincə , tənəkdən axan suyun gözə damcıladılması göz qaşınması, acışma və qızartını aradan qaldırır: “Bundan başqa təzə üzüm yarpaqlarının yığılaraq əzilmiş formada oynaq üzərinə qoyulub bağlanılması ağrıları götürür, oynaq duzlaşmasına faydalı təsir göstərir.

Yetişməmiş üzüm meyvəsi - abqora yığılır, onun şirəçəkəndən keçirilərək şüşə butulkalara yığılması şəkər xəstələri üçün çox faydalıdır. Yeməkdən yarım saat əvvəl həmin şirədən 1 xörək qaşığının 1 stəkan suya qarışdırılıb içilməsi şəkərin səviyyəsinin yüksəlməsinin qarşısını alır”.