ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNİN 54-CÜ İLDÖNÜMÜDÜR

14 iyul 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Quba Rayon İcra

Hakimiyyətinin təşkilatçılığı və Quba rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə rayonun Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədr müavini, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.Tədbirdə çıxış edənlərbildiriblər ki, Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı, məhz ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycan bu gün Heydər Əliyevin düşündüyü kimi, dünyada müstəqil, qüdrətli dövlət kimi öz sözünü deyərək yaşayır və dinamik inkişaf edir.

{youtube}cFypdgBwxfQ{/youtube}