ÖZÜNƏ UMAC OVA BİLMƏYİB, BAŞQASINA ƏRİŞTƏ KƏSƏN FARS REJİMİ

Xoy zəlzələsinin qurbanlarının çadır, yemək və isti paltar çatışmazlığından əziyyət çəkdikləri bir vaxtda İranın Suriyaya göndərdiyi maşınlar İdlib bölgəsində dağıntıların təmizlənməsinə başlayıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Burada maraqlı bir məqam isə ondan ibarətdir ki, molla rejimi bu addımı qardaş Türkiyədə baş vermiş güclü zəlzələ sonrası atıb. Bu isə Fars rejiminin xəbis xislətini bir daha nümaiş etdirmiş oldu.Qeyd edək ki, molla rejimi artıq bir neçə gündür ki, Xoyda zəlzələ nəticəsində evsiz-eşiksiz qalmış və şaxtalı havada acınacaqlı vəziyyətdə olan əhaliyə yardım etmir.