Bu gün koronavirus infeksiyası ilə bağlı informasiyalar demək olar ki, bütün ölkələrin gündəmini zəbt edib. Dəhşətli virus ölkəmizə də gəlib çatıb. Artıq Azərbaycanda bir neçə nəfərdə koronavirus aşkarlanıb.Bəs koronavirusdan necə qorunmaq olar?
Dünyanı lərzəyə salan koronavirus infeksiyası əsasən hava və damcı yolu ilə keçir.Bu da insanların daha az məsafədə təmasda olmasından asılıdır. Bir metrdən artıq təmas olarsa yoluxma ehtimalı xeyli aşağı düşər.Tibbi maskalardan istifadə daha məqsədə uyğundur. Ancaq ondan istifadənin də müəyyən bir müddəti var.İki saatdan artıq istifadə edildikdə maska özü infeksiya mənbəyinə çevrilir .Əllər mütəmadi olaraq ilıq su və sabunla ən azı 20 saniyə ərzində yuyulmalıdır. İş masası hər gün spirtlə dezinfeksiya edilməli,qapı dəstəkləri,mətbəx mebeli,stol,sanitar qovşağı və vanna otağı təmiz saxlanılmalıdır .Onuda bildirək ki, heyvanlar da koronavirusun daşıyıcısı ola bilər.Dünya səhiyyə təşkilatı tövsiyyə edir ki,ehtiyac yoxdursa,canlı və ya ölü heyvanlara toxunmayın.Heyvanlarla təmasdan sonra əllərinizi yumağı unutmayın.Həmçinin ət məhsullarının yaxşı bişirilməsinə də diqqət edin. Ətrafınızda soyuq dəymə,qrip əlamətli insan gördükdə,ondan mümkün qədər uzaq durun.Özünüzdə halsızlıq, soyuq dəymə ,yüksək hərarət halları aşkar etdikdə,dərhal həkimə müraciət edin.