ÖZBƏKİSTAN PORTALINDA AZƏRBAYCANIN ADƏT-ƏNƏNƏLƏRİ HAQQINDA MƏQALƏ YER ALIB

Özbəkistanın “ishonch.uz” portalı Azərbaycanın adət-ənənələri ilə bağlı özbək dilində geniş məqalə dərc edib. Yazıda Azərbaycanın qonaqpərvərlik ənənələri, xalqımızın mətbəxi, bayramları haqqında məlumat yer alıb. Bildirilir ki, Azərbaycanın qonaqpərvərlik ənənələri zəngin olduğu qədər də maraqlıdır. Qonaq gələn evdə bayram əhval-ruhiyyəsi hökm sürür. Qonaqlar süfrənin başında əyləşdirilir, onlara xüsusi qulluq göstərilir. Yazıda Azərbaycanın ləziz yeməkləri-plov, dolma, piti, şirniyyatlar, şərbətlər haqqında söhbət açılır, 120 növ plov bişirildiyi vurğulanır.