Şimal bölgəsinə ilin istənilən fəsli xeyli sayda qonaqlar, turistlər gəlir. İnsanların olduqları, gəzdikləri yerlərdən özləri ilə bir xatirə aparmaq istəyi hamıya məlumdur. O da məlumdur ki, bu gün həmin təlabat olsa da onun ödənilməsi sahəsində böyük boşluq var.
Söhbət adi suvenirlərdən getmir, söhbət məhz həmin yerə aid olduğunu ilk baxışdan özü anladan, hardan olduğunu özü danışan suvenirlərdən gedir, elə suvenirlərdən ki, onu aparıb iş stolunun, və ya evdəki kitab rəfinə yerləşdirən insanın bu suvenirin haradan olduğunu kiməsə izah etməyə ehtiyacı olmasın, suvenir özü onu görənə elə ilk baxışdan öz tarixini danışa bilsin.
Bu suvenirlər nə ola bilər?
Demək olar ki, sevenir hesab ediləcək hər şey, rəsmlər, kiçik heykəllər, saxsı qablar, dəmir döymələr, taxta üzərində yandırma rəsmlər, daşlar, ağaclar üzərində işləmələr, toxumalar və sair...
Sual oluna bilər bu suvenirlərin mağazalarda satilan zavod-fabrik istehsallı suvenirlərdən nə fərqi olacaq?
Bax əsas məqam da elə budu, bu suvenirlərin üzərində hazırlandıqları məkanın, kəndin, dağın, çayın, şəlalənin, çəhərin ən tanınan bir görüntüsü, və adı həkk edilsə, bax bu zaman suvenir öz tarixini danişan suvenirə çevrilir.
Məsələn Qubanın mənzərəsinin əks etdirən hansısa bir rəsm əsəri uzərində “Quba, 2019-cu ilin yayı” və yaxud daşlardan, ağaclardan yonulmuş bir dağ kompleksinin üzərində, “Şah dağ 2019-cu ilin qısı” qeydi əks edilirsə, bu suveniri alan müştəri onun evində, ofisində yerləşdirən zaman, otağa daxil olan, bu suveniri görən hər kəs otaq sahibinin 2019-cu ilin yayında Qubada, və ya 2019-cu ilin qışında Şahdağda olduğunu sözsüz öyrənə biləcək. Suvenirləri də insanlar son məqamda elə buna görə alırlar.
Eyni prinsipi bütün növ suvenirlərə şamil edərək, onları fəqli, öz tarixini danışa bılən suvenlərə çevirməklə qonaqlar, turistlər üçün, daha maraqlı, daha cəlbediki etmək olar. Bu suvenirlər hətta üzərinə haradan olduğu, nə zaman suvenirə çevrildiyi yazılan adı çay daşı da, kiçik suxur, qaya parçası da, və ya qəribə fəqli görkəmli ağac budağı, ağac götüyü də ola bilər – hər şey sizin fantaziyanızdan asılıdı.
Bu işi keyfiyyətlə həyata keçirə bilsəz, əmin olun ki, alıcı qıtlığı yaşamayacaqsız.
Yeni biznes ideyanız ugurlu olsun