“Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi,ölkəmizdə keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir”.Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bildirib.
2019-cu ilin yekunlarına həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezident İlham Əliyev qeyd edib ki, ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlib. Ölkə başçısı onu da əlavə edibki,bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da turistlərin ölkəyə qazandırdığı gəlirlərin çox böyük rolu var. “Əlbəttə,biz əsas valyutanı neft-qaz satışından qazanırıq.Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir.Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır” -deyə ölkə başçısı bildirib. Prezident İlham Əliyev 2019 cu ildə qazanılan uğurlardan danışarkən onu da bildirib ki, 2020-ci il də ölkəmiz üçün uğurlu bir il kimi tarixə düşəcək.