ÖTƏN İL 831 NƏFƏR KÖNÜLLÜ OLARAQ AVROPADAN AZƏRBAYCANA QAYIDIB.

 Ötən il 831 nəfər könüllü olaraq Avropadan Azərbaycana qayıdıb.Bu haqda Beynəlxalq Miqrasiya Təşkilatından məlumat verilib.

Bildirilib ki, BMqT-nin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində 2019-cu il ərzində Azərbaycan vətəndaşı olan 831 nəfərin mənşə ölkəsinə könüllü qayıdışı təmin olunub. Könüllü geri qayıdanların statistikasına baxsaq daha cox almaniyadan 460 nəfər, 264 nəfəri Niderlandın, 27 nəfəri Latviyanın, 16 nəfəri Türkiyənin, 13 nəfəri Avstriyanın, növbəti yerlərdə 10 nəfərlə Gürcüstan, 9 nəfərlə Belçika, 8 nəfərlə Litva, 7 nəfərilə Polşa, 6 nəfər İsveçrə qərarlaşır. 4 nəfər Macarıstan, 3 nəfəri Finlandiyadan könüllü olaraq qayıdıb.Eləcədə 1 nəfəri Çexiyanın və Bosniya və Herseqovinanın payına düşüb.