ÖLKƏMİZDƏ ÇOXUŞAQLI AİLƏLƏRİN SAYI NİYƏ AZALIR ?
Baxış sayı: 459
Azərbaycan xalqının özünəməxsus və zəngin ailə dəyərləri mövcuddur. Çoxuşaqlılıq da Azərbaycan ailəsinin əsas özəlliklərindən idi. Lakin müasir cəmiyyətdə ailənin yeni nəslin formalaşmasında tərbiyəvi rolu haqqında təsəvvürlər kökündən dəyişib. Marqlı burasıdır ki, çoxuşaqlılıqdan azuşaqlılığa keçidi tək bizim ölkədə deyil, bütün dünya ölkələrinin təcrübəsində görə bilirik.
Hal hazırda ailələrdə bir və ya iki uşaq olur. Bu isə gələcəkdə onların qohumluq əlaqələrinin zəifləməsinə gətirib çıxaracaq. Belə ki, bu uşaqların xala, dayı, əmi və bibisi ya olmur, ya da ikisindən biri olur. Keçmişdə hər hansı bir problem yaşandıqda köməyə qohumlar çatırdı. Xala, bibi, dayı olmadığı üçün gələcəkdə uşaqlara dəstək olacaq qohumlar da olmayacaq.
Təbii ki, bəzi valideyinlər ailədə uşağın az olmasını maddi durumla bağlayır. Ancaq maddi durumu yaxşı olanlar belə tənbəl və eqoist düşüncələrlə uşaq dünyaya gətirmək istəmirlər. Mütəxəssislərin fikirincə isə ailədə uşağın sayı nə qədər çox olarsa, belə ailədə böyüyən uşaqlar sosiallaşmağa doğru daha yaxşı addım ata bilərlər.