Bioplastik nədir, bioplastik maddəsi haralarda istifadə edilə bilər? Şəkər çuğundurundan, qarğıdalıdan çantalar, məişət qabları, süfrələr, müxtəlif təyinatlı qablar hazırlamaq mümkündür. Həmdə bu texnologiya artıq azərbaycanda mümkün olacaq. Daha ətraflı sujetimizdə.
Dekabrın 11-də İnnovasiyalar Agentliyinin dəstəyi ilə "TechnipFMC" və "Yeni Kapital" şirkətləri arasında Bioplastik zavodunun tikintisinə dair müqavilə imzalanıb. Zavodun inşası İnnovasiyalar Agentliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında nəzərdə tutulur. Bu, layihəyə vergi və gömrük güzəştləri təmin ediləcək.Layihə ətraf mühitin, su hövzələrinin ekolojitəmizliyi və insan sağlamlığı baxımından çox əhəmiyyətlidir. Bioplastik başqa polimerlərlə müqayisədə təbiətdə çox tez çürüyür və bu çürümədən alınan maddə bioloji baxımdan təhlükəsiz, təmiz məhsul sayılır.Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan CO2 (karbonqazının) həcmi sıfra bərabərdir. Bioloji tərkibli və təbiətdə çürüyən "PLA" polimeri geniş tətbiq olunan neft əsaslı plastikləri əvəzləyə biləcək. Bildirilib ki, "PLA" xüsusi texnoloji proseslər (fermentləşdirmə, saflaşdırma, oliqomerləşmə və polimerləşmə) nəticəsində şəkərdən əldə edilmiş məhsuldur. Qarğıdalı və şəkər onun istehsalı üçün xammal mənbəyi olacaq. "PLA" birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsulların (qida qabları, süfrə, çanta, müxtəlif təyinatlı əşyalar) istehsalında tətbiq olunacaq. "PLA" fərqli sektorlarda yeni sahələrin (tibbi qurğular, bioloji parçalanan mebellər, 3D çap, yüksək texnoloji avadanlıqlar, toxuculuq və sair) yaranmasına da təkan verəcək. Əhalinin məşğulluğu üçün əhəmiyyətli sayılan bu layihə çərçivəsində sənaye, kənd təsərrüfatı, təkrar emal, xidmət, logistika və bir sıra başqa istiqamətlərdə yeni iş yerləri açılacaq. Mövcud plana görə, ilk 3-5 il ərzində zavodun tikinti və quraşdırılmasında 1000-dən çox mühəndis və inşaatçı çalışacaq. Növbəti illərdə isə bu layihə ilə bağlı müxtəlif sahələrdə çalışanların sayı 7 min nəfərdən çox olacaq. "PLA" layihəsi sayəsində ölkəmizə hər il 100 milyon dollardan çox valyuta daxil olması gözlənilir.