ÇÖRƏK BAHALAŞIR ?

Azərbaycanda yaxın günlərdə çörəyin qiymətinin 5 qəpik artacağı gözlənilir. Buna səbəb bütün dünyada buğda məhsullarının qiymətində müşahidə edilən bahalaşma olduğu bildirilir. Maraqlıdır ki, buğdanın qiyməti son 20 ilin rekord həddinə çatanda, Azərbaycanda unun və çörəyin qiyməti qalxmadı, ancaq indi bahalaşma barədə gözləntilər çoxalıb. Qeyd edək ki, Azərbaycanda çörəyin qiymətinin qalxmamasında taxıl ehtiyatı da önəmli rol oynayıb. Belə ki, bu ilin yanvarında ölkəyə ciddi miqdarda taxıl idxal edilib. İqtisadçıların fikrincə, çörəyin qiymətinin sabit saxlanılması üçün səmərəli yol un istehsalçılarına yeni subsidiyaların verilməsidir. Bu yol hazırkı vəziyyətdə həm sahibkarların fəaliyyətinin dəstəklənməsi, həm də çörəyin qiymətinin stabil saxlanılması üçün ən sadə yoldur. Çünki gəlirləri aşağı olan aztəminatlı ailələrin və sosial cəhətdən həssas qrupdan olan insanların maddi dəstəklənməsinə ciddi ehtiyac yaranacaq.