ÇÖLÇÜ OZANIN ALMATI KONSERTİNDƏ NƏLƏR YAŞANDI?
Baxış sayı: 187
Tanınmış dombra ifaçısı, çölçü ozan Semih İpek Qazaxstanda konsert proqramı ilə çıxış edib. Sənətçi martın 27- də Qazaxstanın Almaatı şəhərində qastrol səfərində olub. Qazaxstanda reallaşan konsertdə Semih İpeklə birlikdə Arxaim Musiqi qrupu və Hasen Tolqanay da səhnəni bölüşüblər. Qeyd edək ki, konsertin ərsəyə gəlməsi fikri Qazaxstanın tanınmış musiqi qruplarından olan Arxaim qrupunun rəhbəri Abzal Arıkbayev tərəfindən gəlib. Konsert proqramında fərqli coğrafiyalarda yaşayan Türkdilli ölkələrin musiqilərin ifa edilməsi, bir daha türklərin ortaq köklərə malik olmasının bariz nümunəsidir. Bizdə ozanımıza gələcək işlərində yeni-yeni uğurlar arzu edirik.