ÇÖLÇÜ İB VƏ QAFQAZ TV "TULLANTI OVU" LAYİHƏSİNİ GERÇƏKLƏŞDİRDİ
Baxış sayı: 508
“Təbiət bizim evimizdir”sözünü tez – tez eşidirik. Bəs bizim varlığımızın əsasını təşkil edən ekoloji mühiti qoruya bilirikmi ? Son illər, xüsusilə də bu il ölkəmizin dörd bir yanında baş verən meşə yanğınları və meşələrdə ağacların qırılmasını gördükdə insanların ekologiyaya olan laqeyd münasibətinin şahidi oluruq. Daha bir laqeyidliyimiz isə, fərqinə belə varmadan, yanğınların baş verməsinə səbəb olan tullantıları meşələrə atmağımızdır. Çölçü ictimai birliyinin təşkilatçılığı, Qafqaz TV – nin informasiya dəstəyi ilə keçirilən bu layihəyə, ADPU – nun Quba filialı və İspik kənd tam orta məktəbi ilə yanaşı, Quba təhsil şöbəsi və Aspirin apteki də öz dəstəyini verdi. Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır. Təbiətin ayrıimaz hissələrindən biri meşələrdir. Almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: «Yaşıl ciyər». Yaşıllıq insana çörək qədər lazımdır. Həm də çörəksiz yalnız insan məhv olduğu halda, yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılar da yaşaya bilməz.