ÇÖLÇÜ AXINI ŞAM BULAĞINDA
Baxış sayı: 1118
Bu dəfə Qubanın Susay meşəsinə idi çölçülərin axını. Yolları isə Qubanın Gəray kəndindən başladı. Yola çıxmazdan öncə “Çölçü” İB rəhbəri tərəfindən təlimatlandırılan axın iştirakçıları qarşıda onları gözləyən həyacan dolu yola çıxdılar. Gəray kəndindən Susay kəndinə qədər uzanan sıx ağaclarla örtülü, insan ayağı dəyməyən zəngin ekosistemi olan meşə ilə hərəkət edən axın iştirakçıları sözün gerçək anlamında dərələrdən keçdilər, təpələr aşdılar, yollarını kəsən dumduru çayı birlikdə atladılar, yollarından dönmədilər, yorulmadılar. “Yurdu tanımasan, görməsən, dağını, meşəsinin, şəlaləsinin, bulağını tanımasan onu dərindən sevə sevə bilmirsən. Çünki insan öz gözü ilə görmədiklərini dəyərini verə bilmir. Amma o gözəllikləri gedib gördükdə, yaxından hiss etdikdə, o bulaqdan su içdikdə, o şəlalənin səsini eşitdikdə onu dərindən mənimsəyir. Və yurdun hər qarışı, hər addımı sənə əziz olur, doğma olur. Orda xatirələrin, anıların olur. O zaman yurdu yuvan kimi görə bilirsən.” Bu sözləri “Çölçü” İB-nin rəhbəri rejissor Eltən Törəçi deyib. Onu da xatırladaq ki, 2015-ci ildən fəiliyyət göstərən Çölçü Klubu Eltən Törəçinin rəhbərliyi altında Azərbaycanın az gedilən,az tanınan, bəzən isə insan ayağının dəymədiyi yerlərin turizm patensilını kəşf edərək bu yerlərin gözəlliklərini tanıdıb üzə çıxarmağı bacarıb. Kəşf edilən belə yeni yerlərə çölçü axınları təşkil edən klub 2021-ci ildən öz fəailiyyətini rəsmiləşdirərək “Çölçü” İB kimi milli mədəni irsin təbliği və tanıdılması istiqamətində işlər görür.