“ÇÖLDƏ YAŞAM ÖYÜDLƏRİ” GƏDƏBƏYDƏ

Qafqaz tv-də Çölçü Klubunun youtube kanalında və digər sosial şəbəkələrdəki səhifələrində yayımlanan "Çöldə Yaşam Öyüdləri" verilişi bu dəfə Gədəbəydə Düzyurdu-Misginli yaylağında çəkildi.

Verilişin yaradıcı yönətməni, Eltən Qədimbəylinin bu dəfəki qonağı isə Dünya Etnospor Konfederasiyasının sədri Bilal Ərdoğan olub. Dünya Etnospor Konfederasiyasının sədri Bilal Ərdoğan eyni zamanda türk oxçuluğunun gərişdirilməsi, etno idman növlərinə yanaşması yönümündə də düşündüklərini bölüşdü. Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə görülən işlərdən danışıb. Dünya Etnospor Konfederasiyasının sədri Bilal Ərdoğanın iştirakı ilə çəkilən "Çöldə Yaşam Öyüdləri"ni tezliklə Qafqaz TV-dən və eyni zamanda QafqazTV-nin və “Çölçü Klubu”nun sosial şəbəkələrdəki səhifələrindən  izləyə biləcəksiz.