ÇİÇİ KƏNDİNDƏ VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Çiçi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon Polis Şöbəsinin rəisi, Rayon İcra

Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Çiçi kəndində yerləşən Şəhidlər abidəsini ziyarət etmiş, daha sonra Birinci Qarabağ Müharibəsi şəhidi Məmmədov Hikmət Faiq oğlunun büstü ilə tanış olmuşdur.