ÇİNƏ SƏYAHƏT ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ
Baxış sayı: 682
Çinin Siçuan vilayətində sentyabrın 5-də baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 65-ə yüksəlib. Siçuan vilayətinin Qanzi Tibet muxtar prefekturasında baş verən təbii fəlakətdən sonra 12 nəfər itkin düşmüş hesab olunur. Onların axtarışlarına xeyli sayda canlı qüvvə, o cümlədən yüzlərlə xilasedici, yanğınsöndürən, polis əməkdaşı, tibb işçisi cəlb edilib. Azərbaycandan bu ölkəyə səyahət edənlərin sayının çox olduğunu nəzərə alaraq, turizm üzrə ekspert Fərman Əliyevin hazırkı durumla bağlı fikirlərini öyrəndik. Zəlzələ nəticəsində çox sayda tikiliyə ziyan dəyib. Bəzi yerlərlə torpaq sürüşməsi qeydə alınıb. Bu səbəbdən bəzi yollarda hərəkət dayandırılıb. Bundan başqa, kommunikasiya və elektrik xətlərinə, su kəmərlərinə ziyan dəyib. Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi təbii fəlakət baş verən Qanzi Tibet muxtar prefekturasında ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edib. Ətraf ərazilərdən bölgəyə texnika və xilasedicilər cəlb olunub. Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə hal – hazırda vətəndaşlarımıza, məlum durumla bağlı bu ölkəyə səyahət etməmək tövsiyə olunur.