ÇİNDƏ ƏN QƏDİM YAŞAYIŞ MƏSKƏNİ TAPILIB

Çinin Tszyansu əyalətinin Usi şəhərində

arxeoloqlar ən qədim yaşayış məskənlərinin xarabalıqlarını tapıblar. Sinxua agentliyi  xəbər verir ki, ümumi sahəsi 60 min kvadrat metr olan bu tapıntılar Şan və Çjou sülalələrinin hakimiyyəti dövrünə yəni e.ə. 1600-256-cı illərə aid edilir.

Çin arxeoloqları ötən ilin sentyabrından Bodu çayının sahilləri boyu qazıntılar aparıblar və bu yaşayış məskənlərini aşkar ediblər. Hazırda həmin ərazidə 200 tikilinin qalıqları tapılıb. Onların sırasına tikinti obyektləri, kanallar və quyular daxildir. Qazıntılar zamanı bir çox qədim əşyalar, o cümlədən bərk keramika nümunələri, polimer və qum gildən düzəldilmiş alətlər və qablar da tapılıb. Arxeoloji ekspedisiyanın üzvü Li Yuntszyun bildirib ki, hazırda 100-dən çox keramika məmulatı tapılıb. Onun sözlərinə görə, onların radiokarbon üsulu ilə müayinə edilməsi göstərib ki, bu əşyaların hamısı Şan və Çjou sülalələrinin hakimiyyəti dövrünə aiddir.

Xarabalıqların tapıldığı rayon Meyli adlanır. Çinin Usi şəhərinin Mədəniyyət Abidələri və Arxeoloji Tədqiqatlar İnstitutundan bildiriblər ki, bu tapıntılar həmin ərazidə aşkar edilən ilk qədim yaşayış məskənləridir. Onlar yerli arxeoloqlara əyalətin qədim mədəniyyəti və adət-ənənələrini öyrənməyə imkan verəcək.