ÇİNDƏ TEMPERATUR ÖLÇƏN GÖZLÜKLƏR İCAD EDİLİB

Koronavirus infeksiyasının artıq 5 aydır ki dünyada tüğyan etməsinə baxmayaraq hələ də bu virusa qarşı vaksin tapılmayıb.

Xəstəliyə yoluxan ölkələr karantin rejimi elan edərək insanların evdə qalmalarını tələb edirlər.Bununla da onlar bəlaya çevrilən infeksiyaya qarşı vaksin tapılana qədər yoluxma hallarını minimuma endirməyə çalışırlar.Pandemiyanın ilk aşkar olunduğu Çin yoluxma hallarını tez bir zamanda aşkarlamağa kömək edən yeni cihaz hazırlayıb. Belə ki onlar müəyyən məsafədən insanın tempertaturunu ölçə bilən “ağıllı” gözlük icad ediblər .Hal-hazırda koronavirus pandemiyası zamanı bu gözlüklərə ehtiyac daha yüksəkdir.Gözlük üç metr məsafədən insanın temperaturunu ölçməyə imkan verir. Bu aksesuarda “Qualcomm” mikroprosesoru, infraqırmızı sensor və kamera mövcuddur.