ÇİMƏRLİKLƏRƏ GEDƏNLƏRƏ XƏBƏRDARLIQ...

Havaların isinməsi ilə çimərliklərə üz tutanların sayı da artıb. Vətəndaşlar qızmar günəşin dadını dənizin mavi sularına baş vurmaqla çıxarırlar. Amma bəzən vətəndaşlar ehtiyatsızlıqdan Xəzərin qurbanına çevrilirlər. Bu halların baş verməməsi üçün də Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir. Həmçinin qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Hər hansısa bir hadisə zamanı 112-yə zəng etməyiniz tövsiyə edilir.