ÇİMƏRLİKLƏR “MEYMUN ÇİÇƏYİ”NƏ BULAŞA BİLƏRMİ?

Hazırda dünyanın bir çox ölkələrində aşkarlanan” Meymun çiçəyi “virusu çimərlik mövsümü yaxınlaşdıqca insanları daha çox narahat edir. Çünki, bu xəstəliyin su çiçəyi infeksiyası ilə klinik əlamətləri oxşar hesab olunur. Su çiçəyinin isə su hövzələrində yayılma riski daha çoxdur. Həkim infektsiyonist Adil Qeybulla deyirki, Meymun çiçəyi hava damcı yolu ilə yayılan bilən infeksiyadır. Bu virusun su ilə digər şəxslərə ötürülmə ehtimalı yoxdur. Həkim infektsiyonist Adil Qeybullanın sözlərinə görə, xəstəliydən qorunmaq üçün əsas gigiyenik qaydalara riaət etməyi çimərliklərdə ara məsafəsini qorumağı tövsiyyə edilir.