ÇERNOBILA TURLAR TƏŞKİL EDİLİR

"Çernobıl” faciəsinə həsr olunmuş eyniadlı serialın dünyadakı uğurundan sonra bu əraziyə turist axını başlayıb. Turlar əsas iki məntəqə üzrə həyata keçirilir: birincisi faciənin yaşandığı Pripyat

şəhərinə, ikincisi isə filmin kadra alındığı, "Çernobıl” stansiyasının imitasiyası olan "İqnalinsk” Atom Elektrik Stansiyasına.

"İqnalinsk” AES ziyarətçiləri üçün giriş biletlərini almaq elə də asan deyil. Belə ki, qiyməti 100 funtsterlinq olan giriş bilet 2-3 ay öncədən alınmalıdır.

Artıq Azərbaycanda da turizm şirkətləri Çernobıla turlar təşkil etməyə başlayıb.

Səyahət turunun qiymətinə  oteldə yerləşmə, ətraflı ziyarət ediləcək yerlərin gündəmi, səyahət sığortası, transport, sənədli filmlərin izlənilməsi, marşrutun xəritəsi, Çernobıl qəzalı zonasını ziyarət etdiyiniz üçün xüsusi sertifikat daxildir.

Bu kimi tur təklifləri vətəndaşlar üçün maraqlı olsa da, onlar hələ də ərazidə radiaktiv şüalanmanın olduğuna görə, səfərdə iştirakı uyğun saymırlar.