ÇAVUŞOĞLU ERMƏNİSTANI SÜLHƏ ÇAĞIRDI
Baxış sayı: 753
Ermənistan Azərbaycanın xoşniyyətli yaxınlaşmalarına cavab verməlidir. Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu BMT- nin Beynəlxalq Miqrasya Formunda iştirakından sonra keçirdiyi brifinqdə deyib. Çavuşoğlu bildirib ki , Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin- amanlıq istədiyni dünyaya göstərib. Ermənistana hərtərəfli sülh sazişi təklif edib. Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komisiyanın yardılması gündəmə gəlib. Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib. Birgə sərhəd komisiyası yaradılıb deyə, Çavuşoğlu vurğulayıb . Türkiyəli Nazir habelə Azərbaycanın da Türkiyə və Ermənistan arasında danışıqları dəstəklədiyni deyərək bunun müsbət hal olduğunu qeyd edib.