AZƏRBAYCAN DÖVLƏT PEDOQOJİ UNİVERSİTETİNİN QUBA FİLİALI “QAFQAZ” TV-NİN QONAĞI OLUB.

 Ötən gün Azərbaycan Dövlət pedoqoji Universitetinin Quba filialının müəllim və tələbə heyyəti Qafqaz tv-nin qonağı olub .Televiziyamızda yaradılan şəraitlə yaxından tanış olan qonaqlar eləcədə ,Qafqaz tv rəhbərliyinində iştirakı ilə baş tutan toplantıda qarşılıqlı fikir mübadiləsi aparıblar.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru Yusif Alıyev bir qrup müəllim və tələbə kollektivi ilə birlikdə Qafqaz TV-də olublar. Qafqaz televiziyasında yaradılan imkanlarla tanış olublar.Televiziyanın yaradıcı birliyi ilə yaxından tanış olan Universitet nümayəndələri televiziyadakı iş prosesini yaxından izləmək imkanı da qazanıblar. Televiziyamızda olan maddi texniki baza ilə yaxından tanış olan müəllim və tələbə heyyəti iş otaqları və çəkiliş meydançasında olub onları maraqlandıran sualları Qafqaz tv-nin əməkdaşlarına ünvanlayıblar.Daha sonra Qafqaz tv rəhbəriliyinin də iştirakı ilə toplantı keçirilib.Toplantı qarşılıqlı fikir mübadiləsi ilə davam edib.Toplantıda səsləndirlən ilk əsas fikir ADPU-in Quba filalı ilə televiziya arasında iş birliyinin qurulması olub. Qafqaz televiziyasının direktoru Eltən Qədimbəyli universitet tələbələrini televiziyada çəkilən verilişlərdə aktiv ,iş birliyinə açıq olmağa çağırıb.ADPU-in Quba fialının direktoru Yusif Alıyev də bir neçə təkliflə çıxış edib.Toplantıda iştirak edən müəllim və tələbələr də maraqlı təkliflərlə çıxışlar edib,televiziyamızla əməkdaşlığa olduqca maraqlı olduqlarını bildiriblər. Əməkdaşlığa dair fikir mübadiləsi aparıldıqdan sonra irəli sürülən bütün məsələlərin gerçəkləşməsinə nəzarət edəcək.Müəllimlər,tələbələr və Qafqaz televiziyasının yaradıcı birliyinindən ibarət işçi qurupu yaradılıb.