ZƏNGƏZUR DƏHLİZİ NOYABRIN 5-NƏ QƏDƏR AÇILACAQ
Baxış sayı: 114
Noyabrın 5-nə qədər Zəngəzur dəhlizi adlanan yolu açmağa çalışacaqlar.
Qafqaz TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni politoloq Alen Gevondyan deyib. Gevondyan iddia edir ki, dəhlizin açılması istiqamətində addımlar oktyabrın 26-dan noyabrın 5-nə qədər sürətlənəcək və 5 noyabr tarixinə qədər dəhliz açılacaq.Erməni politoloq onu da vurğulayıb ki, “Ermənistan hakimiyyəti müqavimət resurslarının olmadığını əsas gətirəcək və bu prosesə etiraz etməyəcək. Onu da qeyd edim ki, Ermənistanın geosiyasi əhəmiyyəti Zəngəzur bölgəsidir. Bu bölgə ilə əlaqəmiz itərsə, Ermənistan sıradan bir əraziyə çevriləcək”, - deyə Gevondyan bildirib.