ZƏNGƏZUR DƏHLİZİ NİYƏ ÖNƏMLİDİR?

Bugün təkcə Azərbaycanın deyil, Avropanı Asiyaya birləşdirmək baxımından

həm də bütün dünyanın marağında olan ən vacib tranzit yol Şərqi Zəngəzurdan başlayır. Şuşa dağlarından başlayan bu yolun Şuşa- Laçın və Laçın- Gorus ərazisinə düşən hissəsi Qarabağ əhalisinin yay aylarında dincəldiyi Lısoqor yaylağına yəni, Turşsu kəndinə gedən yol aşırımlarını qalxmaqla başlayır. Turşsudan Laçına qədər isə Zəngəzur dərəsi yamacları uzanır və Zəngəzurun ən böyük dərəsi Qaladərəsi kəndiylə üzbəüzdədir. Qaladərəsindən sonra Laçın enişi başlayır: əvvəlcə uzun ziqzaqlı, sonra daha qısa və daha sıldırımlı yalçın aşırımlarla.44 günlük Qarabağ savaşının Böyük Qələbəsi fonunda dövlət başçımızın əzmlə və israrla “Zəngəzur dəhlizi”nin açılması yolunda apardığı diplomatik mücadilənianlamaq o qədər də çətin deyil. Hərçənd Ermənistan hakimiyyəti və onu xüsusilə müdafiə edən İran bu yolun açılmasını təkzib etsə də, bu bir geçəklikdir ki, geriyə dönüş yoxdur. İran höküməti apardığımız müharibəni haqq savaşı adlandırsa da, Zəngəzur dəhlizinin açılmasını açıq aşkar qeyri məmnunluğunu ifadə edir. Zəngəzur dəhlizinin açılması təkcə cənubi Qafqazın deyil, daha böyük bir coğrafiyanın taleyini dəyişəcək. Belə ki, bu dəhliz vasitəsi ilə Türkiyə ilə bütün Türk dünyası birləşəcək.Azərbaycan həmişə bu coğrafiyada sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış edib, qonşularına da dostluq əlini uzadıb. Vətən müharibəsindəki qələbədən sonra çoxtərəfli əməkdaşlıq platformasını irəli sürməsi və hətta Ermənistanın da bu platformada yer almasının mümkünlüyü də Azərbaycanın xoş niyyətindən irəli gəlir. Düşünmək və düzgün qərar vermək isə artıq onları işidir. Bizim hər birimiz inanırıq ki, tariximizin silinməyən izlərindən olan Şuşa Naxçıvan tranzit yolu yəni, Zəngəzur dəhlizi tezliklə reallaşıb düşmənlərə göz dağı olacaq.Bu gün Zəngəzur dəhlizinin reallaşdırılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Bu layihənin icrası, bizim dədə-baba torpağımız olan Zəngəzura qayıdışımızın növbəti müjdəçisi olacaq.

{youtube}Xwi9SKxcSmY{/youtube}