ZƏNGƏZUR DƏHLİZİ BUNDAN SONRA"TRAMP YOLU " ADLANACAQ?
Baxış sayı: 63
Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında açılacaq yol dəhliz statusunda olacaq. Bu barədə erməni politoloq Ara Poqosyan bildirib. “Xəttin “Tramp yolu” və ya “Zəngəzur dəhlizi” adlandırılmasının heç bir fərqi yoxdur. Dəhlizdə olduğu kimi, Ermənistan istənilən vaxt yolu bağlaya bilməyəcəksə, eyni prinsip Azərbaycan ərazisində Ermənistana da şamil olunmayacaqsa, demək, həmin şərtlər tətbiq olunacaq. Sonra deməyin ki, bu, dəhliz deyil”, - deyə ekspert vurğulayıb. Ermənistan ABŞ-a uzunmüddətli dövr üçün “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adını alacaq nəqliyyat dəhlizinin inkişafı üzrə eksklüziv hüquqlar verməyi planlaşdırır. Bu marşrut Ermənistan qanunvericiliyinə uyğun şəkildə istismar olunacaq, ABŞ isə həmin ərazini infrastruktur və idarəetmə məqsədilə konsorsiuma subarendaya verəcək. Bu barədə bilgini “Röyters” agentliyi yayıb.