Ötən gün baş verən zəlzələ ölkə vətəndaşlarını çoxdan üzləşmədiyi təbii fəlakət qorxusuyla yenidən üz-üzə qoydu. Zəlzələnin baş verəcəyi vaxtı müəyyənləşdirmək
mümkün olmasa da, onun dağıdıcı təsirini azaltmaq imkanları mövcuddur. Bura tikinti prosesində mühəndis işləri kimi struktur yanaşma ilə yanaşı, maarifləndirmə kimi qeyri-struktur həll variantı da daxildir.
Beləki, Məktəblərdə və işyerlərində zəlzələ zamanı insanlara nəzəri biliklərinverilməsi və praktiki həyəcan məşqlərinin keçirilməsi insanları zəlzələ zamanı davranış vərdişlərinə öyrədir. Belə bir vərdişlərə sahib olmadıqda isə təbii proses olan zəlzələ təbii fəlakətə çevirilir. Bəs zəlzələ zamanı nələrə diqqət etməliyik?