ZƏFƏRİN TARİXİ ÖNƏMİ
Baxış sayı: 543
Millətlərin tarixində Zəfərlərin çox böyük bir önəmi vardır. Vətən Müharibəsi də xanlıqlar dövrünü çıxmaq şərtilə son 200 ildə Azərbaycanın şanlı tarixinə qatılan ən böyük Zəfərlərdən biridir. Vətən Müharibəsidə qazanılan Zəfər həm də bütün Türk dünyasının və Türkiyənin Zəfəridir. Bu sözləri Türkiyənini ehtiyyatda olan generalı, hərbi ekspert Yücel Karauz Azərbaycanın Vətən Müharibəsində qazandığı zəfərin 2-ci il dönümü ilə bağlı Azərbaycan xalqını təbrik edərkən dedi. Azərbaycanın bu zəfərini Çannaqala, Malazgird Zəfərlərinə bənzədən Yücel Karauz Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı Zəfərin önəmindən danışaraq bu qələbənin necə qazanıldığından vurğuladı.
30 ilə yaxın işğalda qalan torpaqlarımızı 44 gündə azad edən Azərbaycan ordusunun qəhrəmanlıqlarından, dövlət, xalq, ordu birliyindən danışan Yücel Karauz bildirdi ki, Azərbaycan bu Zəfəri ilə tarixi ədaləti bərpa etdi.
Azərbaycanın qazandığı Zəfər sadəcə Türk dünyası üçün deyil, bütün dünya üçün önəmi böyükdür. Beynəlxalq qanunlar əsasında da hər zaman Azərbaycan ərazisi kimi tanınan torpaqları işğaldan azad etməklə Azərbaycan həm də bu vaxta kimi münaqişə ilə bağlı qəbul edilmiş BMT-nin qətnamələrinin icrasını təmin etmiş oldu.