YƏHUDİLƏRİN HANUKKA BAYRAMI

Noyabrın 29-dan 8 gün davam edəcək dünya yəhudilərinin qeyd etdiyi dini bayrmlardan olan Hanukka bayramı başlayıb. Dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Quba rayonundakı Qırmızı Qəsəbədə yaşayan yəhudi xalqı da öz dini bayramlarını keçirir. Pandemiya səbəbindən sinaqoqlar bağlı olduğundan indi hər kəs Hanukka bayramını öz evində ailəsi ilə birgə qeyd edir, elə dini ayinləri də evlərində icra edirlər. Bu bayramın əsas simvolu sayılan isə şamdır. Bayuram günlərində isə süfrəyə süd və kartof qoyulur.