YUNANISTANIN İKİ BÖLGƏSİNDƏ GÜCLÜ MEŞƏ YANĞINLARI BAŞLAYIB

Yunanıstanın paytaxtı Afina yaxınlığında güclü meşə yanğınları başlayıb. Hadisə nəticəsində dənizkənarı bölgədə istirahət edən minlərlə şəxs ərazini tərk etməyə

məcbur olub. Güclü külək səbəbindən meşə yanğınları istirahət yerlərinə doğru yayılmağa davam edir. Bununla əlaqədar 6 ərazidə təxliyə prosesləri başlayıb. Yanğını söndürmək üçün ordu, polis qüvvələri və könüllülər də əraziyə cəlb olunub. Həmçinin amfibiya təyyarəsi və helikopterlər vasitəsilə də havadan dəstək verilib. İkinci böyük meşə yanğını isə Afinadan təxminən 90 kilometr qərbdə yerləşən kurort şəhəri Loutraki yaxınlığında baş verib. Adıçəkilən bölgədə uşaqlar və yaşlılar təxliyə olunub. Bu barədə yerli rəsmilər məlumat veriblər.