YENİ TURİZM XƏRİTƏSİ QUBADA TURİZMİN İNKİŞAFI ÜÇÜN NƏ VƏD EDİR?

Quba şəhərinin yeni turizm xəritəsi hazırlanıb Quba Destinasiya Menecmenti Təşkilatı (DMT) tərəfindən Quba şəhəri və Quba-Qusar rayonlarının regional xəritələri hazırlanaraq aidiyyəti yerlərə paylanılıb.

Xəritələr Quba şəhərini, eləcə də Quba və Qusar rayonlarını özündə birləşdirir və regionun turizm məkanları və turistlər üçün nəzərdə tutulmuş məhsulları əks etdirir. Xüsusi olaraq dizayn olunmuş A3 ölçülü xəritələr ingilis dilində hazırlanıb və hər bağlamada 100 ədəd olmaqla hotellərin ön büroları və turizm şirkətlərinə təqdim olunacaq. Bu, turizm sahəsində fəaliyyət göstərən müəssisələrə regionda ziyarət olunmalı məkanlarla bağlı qonaqlara tövsiyələr verməsi üçün münasib vasitə olacaqdır. Qusar şəhərinin xəritəsi də bu yaxınlarda istifadə üçün hazır olacaqdır. Xəritələr ilin sonunadək turizm sənayəsi nümayəndələrinə ödənişsiz olaraq veriləcək.Turistlər bu xəritədən istifadə etməklə təbii abidələr, kempinq üçün ərazilər və turist düşərgələri, atçılıq, alpinizm, balıqçılıq, və s. haqqında məlumat əldə edə biləcəklər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, sinaqoq, körpülər və muzeylər) ən qısa marşrutu tapmağa da köməklik edəcək.