YENİ LAÇIN YOLUNUN ƏHƏMİYYƏTİ NƏDİR ?
Baxış sayı: 702
10 noyabr 2020 – ci ildə imzalanan üçtərəfli bəyannamənin müddəalarından biri də Laçın şəhərindən yan keçməklə yeni avtomobil yolunun inşası idi. 32 km uzunluğunda yeni yol artıq hazırdır. Bu yolun istifadəyə verilməsi ilə Laçın şəhərində və rayon ərazisində böyük qayıdışa hazırlıq işlərini daha təhlükəsiz şəkildə həyata keçirmək mümkün olacaq.
Üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlılarının yeni yola dislokasiyası nəzərdə tutulub. Laçının yenidən qurulmasında mühüm rol oynayacaq yeni yolun istifadəyə verilməsi, həmçinin Laçınlıların doğma yurd – yuvalarına qayıdışını da sürətləndirəcək. Bəs bu yolun iqtisadi cəhətdən hansı üstünlükləri var ?
Onu da qeyd edək ki, yeni yolun tikintisi ilə Laçın ərazisində qanunsuz yerləşdirilən ermənilərə avqustun 25 - ə kimi kəndləri boşaltmaqla bağlı xəbərdarlıq edilib. Buna etiraz olaraq İrəvanda UEFA Çempionlar Liqasının 3 – cü təsnifat mərhələsinin Pünik – Svena Zvezda matçı zamanı yerli azarkeşlər təxribat törədiblər. Tribunada İngilis dilində Qarabağ Ermənistandır və Kosova Serbiyadır sözləri yazılan pankrat açıblar. Bundan başqa azarkeşlərdən biri meydana çıxaraq erməni dilində Zabuxu vermərik yazısı nümaiş etdirib. AFFA – dan bildirilib ki, təxribatlarla bağlı UEFA – ya müraciət ediləcək və hüquqi prosedurlara uyğun tədbirlər görüləcək.