Balığın pulcuqlarından səmərəli istifadə etmək üçün nə etmək olar? Plastik əşyalardan istifadənin qarşısını almaq üçün bir çox ölkələr müəyyən layihələr həyata keçirir.
Dünyada gedən inkişaf insanların işini asanlaşdırmaqla yanaşı onlara ziyan olacaq şeylərin də meydana gəlməsinə şərait yaradır.İnsanlığa xidmət etmək üçün hər gün bəlkə hər saat yeni bir zavod istifadəyə verilir. Amma zavoddan çıxan tüstü ətrafdakı insanları təmiz oksigen almasının qarşısını alır. 23 yaşlı dizayn ixtisasını yenicə bitirən Lucy Huges ətraf mühitin çirklənməsinə səbəb olan plastik torbaların istifadəsinin qarşısını almaq üçün geridönüşüm oluna bilən MarinaTex adını verdiyi bioplastik əşyaları ixtira edib.Bioloji olaraq parçalana bilən bu məmulat balıqların pullarından və dərisindən istifadə olunur. Lucy tərəfindən hazırlanmış bioplastik əşyaları 4 ya da 6 həftədə gübrə halına dönə bilir. Selofanlardan, sandiviç paketlərinə qədər tək istifadəlik qablaşdırmada istifadə oluna bilən məhsulun tərkibində zərərli kimyəvi maddələr yoxdur və təbiidir. Lucy Hugesun "MarinaTex"adlı ixtirası beynəlxalq "James Dyson" ödülünə layiq görülüb.