Hansı qidalar bizi xoşbəxt edə bilər? Bəzən insanların bir çoxunu nədənsə ürəyi sıxılmış və ya üzgün halda görürük. Xoşbəxt olmaq isə bir şokalad qədər yaxınımızdadır.Sadə bir şəkildə xoşbəxt anlar yaşamaq üçün nələri yeməliyik?
Həyatda atdığımız addımlar qədər nə yeyiriksə ona da diqqət etməliyik.Yediyimiz hər qida bizim sağlamlığımız qədər ruh halımıza da təsir edir. Yunan tarixçisi dünya tarixində ən böyük alimlərdən biri olan Aristotelin fikri bütün zamanlarda yaşıyan insanlara uyğundur. Aristotel deyirdiki,insanların istədiyi tək bir şey var o da xoşbəxt olmaq. Kimi üçün xoşbəxt olmaq çoxlu pul qazanmaqdır, kimi üçün xoşbəxt olmaq bir gülün ətrini qoxulamaqdır. Deyəcəksiz ki, xoşbəxtliyin yeməyə nə adiyatı var? Mövzumuzun əvvəlində dediyim kimi yediyimiz yeməklərə fikir verməliyik ki,o bizi ruh halımıza mənfi təsir etməsin.Onda belə bir sual ortaya çıxır hansı yeməklər bizi xoşbəxt etmək gücünə malikdir? Qara şokolad beyinə qan axını gücləndirir, enerji verir, konsentrasiyanın itirilməsinin qarşısını alır və xoşbəxtlik verir. Şokoladda da çox miqdarda mis var. Mis, vücudun dəmir qəbul etməsinə kömək edir.Bu dəri, damarlar və toxumalar üçün faydalıdır. Qan laxtalanmasının qarşısını alır.Digər şirniyyatlarla müqayisədə qan şəkərini sürətli artırmır.Normal şəkərdən daha yaxşı şəkər mənbəyi olan bal, tərkibindəki kimyəvi maddələrlə depresiyanın qarşısını alır. Bundan əlavə, şəkər bədəndə yağ yaratmır və damarlara təsir etmir.Çox yaxşı bir enerji mənbəyidir.Yüksək qida dəyəri olan bal, qansız insanlar üçün qan anbarıdır. Bədənə və gözlərə güc verir. Əsəbləri sakitləşdirir və rahatlaşdırır.Banan ən çox serotonin ifraz edən meyvədir.Kalium və B vitamini sayəsində də enerji verir.Gününüzü 1 banan ilə daha xoşbəxt keçirə bilərsiniz.İspanaq-bu bitki maqneziumla zəngin bir bitki və maqnezium bədənimizdəki kimyəvi reaksiyalar üçün enerji ehtiyacını qarşılayır. Həyatın hər anından zövq almağı bacarın sizi xoşbəxt edən qidaları qəbul etsəzdə etməsəzdə ....