YAŞLI İNSANLARA ÇOXLU MEYVƏ YEMƏK OLMAZ !

İyul böyürtkən, albalı, qarağat və moruq kimi giləmeyvələrin mövsümü hesab olunur. Bu barədə qastereontoloq Tatyana terexova bildirib. Həkimin sözlərinə görə

albalı, qarağat, böyürtkən və moruqda çoxlu miqdarda vitamin və mikroelementlər var. Həkimlər daha çox yetişmiş giləmeyvələri yeməyi məsləhət görürlər. Buna görə də onların forma və rənginə diqqət yetirməliyik. Meyvələr elastik, plastik və vahid rəngdə olmadırlar. Mütəxəssis onu da əlavə edib ki, “Giləmeyvələri yeməzdən öncə yaxşıca duru su ilə yuyun. Onları çiy halda yemək daha faydalıdır”. Lakin onlardan jele və ya kampot hazırlamaq olar. İçkini hətta yetişməmiş giləmeyvələrdən də hazırlamaq olar. Belə kampotların vitamin dəyəri, qablaşdırılmış şirələrin vitamin dəyərindən daha çox olacaq. Qasterentoloq onu da bildirib ki, yığıldığı və ya  alındığı gün yeyilməlidir. Bu giləmeyvələrin soyuducuda saxlanma müddəti bir gündən artıq olmamalıdır. Həkim-diyetoloq Yelena Solomatina isə bildirib ki, yaşlı insanlar gün ərzində iki meyvədən çox yeməməlidirlər. Bu qaydanın pozulması yaşlı insanlarda qaraciyər piylənməsinə səbəb olan fruktoza artığına səbəb ola bilər.“Meyvəni həddindən artıq qəbul etdiyimizdə orqanizmə çoxlu miqdarda fruktoza daxil olur ki, qaraciyər onu kompensasiya etməyə çalışır. Son nəticədə orqan funksiyasını normal yerinə yetirmir və alkoqolsuz hepatoz, yəni qaraciyər piylənməsi inkişaf edir”, - deyə Yelena Solomatina vurğulayıb.