Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb. Artıq uçota alınması üçün ərazidəki bütün ağac və kolların bir-bir sayılmasına və koordinatlarının götürülməsinə başlanılıb.
"Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb".Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov deyib.İlkin olaraq inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə böyük şəhərləri əhatə edəcək: Nazim İsmayılov həmçinin onu da vurğulayıb ki,Coğrafi İnformasiya Sistemlərində ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək, bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılır, koordinatları götürülür, yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir.