" YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ" ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ AĞACƏKMƏ AKSİYASI QUBADA KEÇİRİLİB
Baxış sayı: 253
25 dekabr 2023- ci il tarixdə prezident İlham Əliyev 2024-cü ilin " Yaşıl Dünya naminə həmrəylik ili " elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Beynəlxalq ictimaiyyətin etibarlı və məhsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı öz töhfəsini verir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Respublikamızın hər yerində olduğu kimi Quba rayonununda Yaşıl Dünya naminə həmrəylik ili" çərçivəsində ağac əkmə aksiyası keçirildi. Xaçmaz-Quba yolunda təşkil olunan aksiyada Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, gənc könüllülər, habelə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının məsul əməkdaşı da iştirak edib. Aksiya çərçivəsində magistral yolun kənarları alaq otlarından və zibil qalıqlarından təmizlənib Yol kənarlarına yeni ağaclar əkilib, əvvəl basdırılan ağacların suvarılması təmin edilib. Qeyd edək ki, Quba rayonunda bu gün keçirilən "Yaşıl Dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyasında gün ərzində on min ağac əkiləcəkdir.
{youtube}
{/youtube}