YAŞIL BANAN ŞƏKƏR XƏSTƏLİYİNİN DƏRMANIDIR

Bananın hər növünün fərqli dadı var. Yetişməmiş, yaşıl banan lif baxımından daha zəngindir. Xüsusilə şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olun. Yaşıl bananın

bilinməyən faydalarını təqdim edirik:

Yaşıl bananın tərkibində qlükoza azdır. Banan yetişməyə başlayanda içindəki nişasta şəkərə çevrilir. Bu baxımdan yaşıl bananın tərkibində həzm sisteminə faydalı, yavaş-yavaş həzm olunan davamlı nişasta var. Bu xüsusiyyətlər qan şəkərində qəfil artımın qarşısını alaraq diabet xəstələri üçün xüsusilə faydalı ola bilər. Davamlı nişasta bağırsaq sağlamlığını dəstəkləyir və həzm sistemində yaxşı bakteriyaların inkişafına kömək edir.
Liflə zəngin olduğu üçün yaşıl banan toxluq hissini artırır. Ona görə də çəkiyə nəzarət etməyi asanlaşdırır. Tərkibindəki vitaminlər sarı bananla demək olar ki, eynidir.

Yaşıl banan probiotik təsir göstərir. Bağırsaqlarda faydalı bakteriyaların qidalanmasına kömək edir və həzm sisteminin sağlam işləməsinə səbəb olur. Yaşıl banan artıq çəkidən azad olmaq istəyənlər üçün də çox faydalıdır. Belə ki, yaşıl banan toxluq hissi yaratdığından, səhər yeməyində bir neçə ədəd bu meyvədən yesəz, nahara qədər sizi tox tutacaq. Buda nahara qədər edəcəyiniz qəlyanaltıdan sizi kənar tutacaq.Habelə Şirin meyvələri pəhrizindən tamamilə çıxarmaq istəyənlər üçün də yaşıl banan çox uyğundur. Onların tərkibində yetişmiş meyvələrdən daha çox miqdarda nişasta və pektin var.

Bundan əlavə, bəzi tədqiqatlar göstərir ki, yaşıl bananın tərkibindəki davamlı nişasta xolesterol səviyyəsini aşağı sala bilər.