YAŞAMAQ ÜÇÜN ƏN TƏHLÜKƏSİZ ÖLKƏLƏRİN SİYAHISI AÇIQLANIB

Beynəlxalq səyahət sığortası şirkəti olan “İnsurly” 2020-ci ildə yaşamaq üçün dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını yayıb. Ölkəmizin də daxil edildiyi bu siyahı nəyə və hansı kateqoriyalara əsasən hazırlanıb? Və siyahıda ilk yerin sahibi hansı ölkədi?

 Beynəlxalq səyahət sığortası şirkəti olan “İnsurly” 2020-ci ildə yaşamaq üçün dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını yayıb. Şirkət, ölkələri münaqişə,təbii fəlakətlər, sağlamlıq faizləri, ətraf mühitin qorunmsı və təhlükəsiz nəqliyyat kriteriyalarına görə ölkələri qiymətləndirib. Ölkələr 100 bal üzərindən 5 kateqoriyaya görə sıralanıblar. Kateqoriyalar bunlardı: 80-100 xal arası risksiz, 60-80 xal arası az riskli, 40-60 xal arası riskli, 20-40 xal arası çox riskli və 0-20 xal arası isə həddindən artıq riskli. Araşdırılan 180 ölkə üzrə bütün kateqoriyalarda 90-dan artıq xal toplayan İsveçrə 93.4 xalla dünyada yaşamaq üçün ən təhlükəsiz ölkə statusunu alıb .Sinqapur 92.7 xalla 2-ci, Norveç isə 91.1 xalla 3-cü sırada qərarlaşıb. Şirkətin sıralamasında ölkəmiz 180 ölkə arasında 68.9 xalla 52-ci sıradadır. Siyahıda sonuncu yerində 14.3 xalla Cənubi Sudan qərarlaşıb, Bundan başqa, havası ən çirkli ölkə Nepal, velosiped sürənlər üçün ən təhlükəli ölkə Dominikan respublikası, ən çox qətl hadisəsi törədilən və təbii fəlakət riskinin ən yüksək olduğu ölkə isə Vanuatu olduğu bildirilib.