YAZIÇI VARİS YOLÇUYEV OXUCULARLA GÖRÜŞÜB
Baxış sayı: 19
Bestsellerlər müəllifi Varis Yolçuyev şimal zonasının ilk kitab festivalı olan I Quba Kitab Sərgisində yerli oxucularla görüşüb. Yazıçının əsərlərinin yaranma tarixçələri və müxtəlif mövzuları əhatə edən nitqi oxucular tərəfindən maraqla qarşılandı. Görüşdə yazıçı müasir dövrdə dünya ədəbiyyatının aparıcı tendensiyaları və müəllifi olduğu əsərlərin məqsədi barədə oxuculara bilgi verib. Varis Yolçuyev, həmçinin gələcək planlarından söz açıb, ona ünvanlanan sualları cavablandırıb, maraq doğuran mövzuları oxucularla birgə müzakirə edib. Sonra kitablarının nəşr olunduğu "XAN Nəşriyyatı"nın stendində imza mərasimi keçirilib. Tədbirin sonunda yazıçı oxucular üçün kitablarını imzalayıb və onlarla şəkil çəkdirib. Xatırladaq ki, Layihə və sərginin informasiya dəstəyi Qafqaz TV, 525-ci qəzet, həmçinin edebiyyat və incesenet.az tərəfindən təmin olunub.
