Onlar baş beynin aktivliyini artıran və onu lazımi maddələri bir bitkidən alırlar. Daha doğrusu bu bitkinin təzə köklərini, həm şorabasını uşaqlıqdan yeməklə.. Hazırda da Yaponiya bazarlarında və marketlərində satılan bu bitki ayıpəncəsidir.
Bazarda nazik,zoğ kimi təzə kökləri göyərti kimi dəstələnib satılır.Yaponlar ona qobo deyir.Onlar üçün bitki yox,tərəvəzdir.Bitkinin kökü temperatura dözümlüdür və uzun müddət qalır. Marinadlaşdırılmış ayıpəncəsi kökü isə vakuum qablaşdırmada satılır və onu restoranlarda, evdə az qala hər yeməyin yanında şoraba kimi verirlər. Ənənəvi qaydası isə kök karandaş yonurmuş kimi rəndələnir, küncüt yağında hazırlanıb soya sousu ilə qarışdırılır.Hesab edilir ki, ayıpəncəsi qan dövranının yaxşılaşdırır, böyrəkləri təmizləyir, orqanizmdən artıq mayeni qovur, bu da beyni yüngülləşdirir.Tərkibində çox sayda B6 vitamini var. Bu da baş beynin tələb etdiyi vitamindir.