İlk dəfə Yaponiyada başlayan kapsul otel biznesi günümüzdə bir çox ölkələrdə tətbiq edilir. Bu otellərin ənənvi hostellərdən fərqi öz müştərisini tam şəxsi alan ilə təmin etməsidir.
Yan-yana düzülmüş kapsul şəkilli yataq-otaqlarda müştərilər ətrafdan heç bir səs eşitmədən və heç kimə görünmədən dincələ bilirlər. Kapsul hotellər adətən 1 gecəlik müştəriləri qonaqlayır və ənənəvi hotellərdən ucuzdur.Yaponiyada 1979-cu ildən az əraziyə çox adam yerləşdirə bilmə proqramı çərçifəsində görülən işlər nəticəsində meydana çıxmış kapsul hotellər otelçilik biznesində yeni cığır açmış hesab edilir.Bir kapsul hotel otağında dolap və yazı masası olmasada səs keçirməyən və yaxşı havalandırılmış şəxsi otaq hissi yaradır.Düzdür klostrofobiya yəni qapalı alan xəstəliyi olan şəxslər üçün bu hotellər tövsiyyə edilmir.Lakin maraqlı təcrübə yaşamaq istəyənlərə tövsiyyəmiz budur ki,ilk fürsətdə bir kapsul hoteldə qalsınlar. Kapsul hotellər 10-15 avro qiymətlə qonaqlama təqdim edir. Qadınlar və kişilər üçün ayrıca bölmələr mövcuddur.Hətda artıq bu sahə o qədər inkişaf edib ki, iki nəfərlik kapsulları olan hotellər də mövcuddur.Bu kapsullarda televizor, wifi, qiymətli əşyaları saxlamaq üçün kiçik qutu mövcuddur. Böyük ölçülü əşyaları qoymaq üçün isə dəhlizlərdə kilidli dolablar qoyulur.Ucuz və keyfiyyətli gecələmə istəyənlər üçün ən unikal seçim kapsul hotellərdir.